PDF Oxu

Siyasət

  • 341

Kürdəmirdə “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

image

25 sentyabr 2026 cı il tarixdə Kürdəmirdə “27 sentyabr – Anım Günü” və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Həsənli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər. Rayonun Bayraq Meydanında təşkil olunan ağacəkmə aksiyasında 450 ədəd çinar, zeytun, söyüd və eldar şamı ağacları əkilib.

Digər xəbərlər