PDF Oxu

Siyasət

  • 348

Dağ-mədən sənayesinin inkişafı

image

Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkələrdən biridir. Bu resurslardan səmərəli istifadə olunması iqtisadi inkişafın sürətləndirilməsi, yeni sənaye sahələrinin yaradılması və əlavə dəyərin artırılması üçün mühüm imkanlar yaradır.

Dağ-mədən sənayesinin inkişafında ekoloji amil də xüsusi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyev çıxışında təbiətin qorunmasının iqtisadi faydadan üstün əhəmiyyət daşıdığını vurğulayıb və layihələrin ən yüksək ekoloji standartlara uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030- cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bütün bu məqamlara diqqət yönəldildi, dövlətimizin başçısı qarşıda dayanan hədəfləri açıqladı. İlham Əliyev bildirdi ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalanıb. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılmProqramın miqyası da qarşıya qoyulan hədəflərin kifayət qədər böyük olduğunun göstəricisidir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır. Bunun təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşması nəzərdə tutulur. Bu göstəricilər yeni sənaye imkanlarının yaradılması ilə yanaşı, investisiya mühitinin də genişləndirilməsini nəzərdə tutur. ası ölkə iqtisadiyyatını gücləndirəcək.

İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək.

Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşdırılması nəticəsində dağ-mədən sənayesinin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, metallurgiya sənayesinin imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Elmin Məmmədov

Digər xəbərlər