PDF Oxu

Siyasət

  • 1 039

"Dövlət dağ-mədən və metallurgiya sənayesinin inkişafına dəstəyi gücləndirir" - DEPUTAT

image

"Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir".Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, Prezidentin iştirakı ilə bu sahənin inkişafına həsr olunmuş müşavirənin keçirilməsi də dövlətin dağ-mədən və metallurgiya sənayesinə xüsusi diqqət yetirdiyini göstərir:"Bir tərəfdən sənayeləşmə iqtisadi siyasətin əsas prioritetlərindən biridir, digər tərəfdən isə iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi həmin sektora dövlət dəstəyinin artırılmasına, təşviq mexanizmlərindən daha səmərəli istifadə olunmasına və sahənin inkişafı üçün yeni imkanların yaradılmasına şərait yarada bilər.Bu kontekstdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanda sənayeləşmə siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. Prezidentin iştirakı ilə bu sahəyə həsr olunmuş müşavirənin keçirilməsi də dövlətin sözügedən sektora diqqətinin daha da artırılmasının göstəricisi kimi dəyərləndirilə bilər".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər