Azərbaycan dövləti hər zaman öz ordusuna və Vətənin keşiyində dayanan əsgərlərinə xüsusi diqqət və qayğı göstərir. Güclü dövlətin əsas dayaqlarından biri güclü və peşəkar ordudur. Azərbaycan əsgəri dövlətin və xalqın etimadını doğrultmaq üçün böyük məsuliyyətlə xidmət edir.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük şücaət göstərdi. Bu tarixi Zəfər dövlət–ordu–xalq birliyinin parlaq nümunəsi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Vətən müharibəsində Azərbaycan əsgəri öz canı və qanı bahasına torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin və hərbi qulluqçularımızın sosial müdafiəsi dövlətin diqqət mərkəzində saxlanılır.
Bu gün də Azərbaycan dövləti ordunun inkişafına, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılmasına və onların sosial rifahının yüksəldilməsinə xüsusi önəm verir. Əsgərimiz bilir ki, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətində onun arxasında dövləti və xalqı dayanır.
Güclü dövlət, güclü ordu və xalq–ordu birliyi Azərbaycanın təhlükəsizliyinin əsas dayaqlarıdır. Dövlət hər zaman öz əsgərinin yanındadır və Vətənin müdafiəsində dayanan hər bir hərbçimiz xalqımızın qürur mənbəyidir.
Toğrul Rəhimli
Yap Sədərək rayon təşkilatının əməkdaşı