PDF Oxu

Siyasət

  • 8

Azərbaycan ilə Ukrayna müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan ilə Ukrayna müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Prezident İlham Əliyev dünən Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Ukraynanın müdafiə naziri Mixail Yejelin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Ukraynanın müvafiq qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Digər xəbərlər