PDF Oxu

Siyasət

  • 17

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Zati-aliləri xanım Meri Makalisə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə İrlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına sülh və firavanlıq diləyirəm."

Digər xəbərlər