Son vaxtlar əhali Xəzər Tibb Mərkəzindən çox razılıq edir. Bu da burada çalışan həkimlərin, tibb işçilərin böyük tibb alimi Hippokrat andına sadiq qalaraq sevib-seçdiyi peşəsinə həvəslə yanaşmasından, mərkəzə müraciət edən xəstələri həkimlər müalicə etdiyi zaman onların taleyi ilə yaşamaq bacarığından irəli gəlir.
Həmçinin sağlamlıq ocağında təşkil olunan müxtəlif səpkili maarifləndirici tədbirlər də insanlara yaşamaq eşqi bəxş edən tibb işçilərə xəstələrlə yaxşı ünsiyyət qurmaqda köməkçi olur. Axi öz həkimin üzündə təbəssüm görən xəstə bəzi hallarda dərmansız, iynəsiz də sağala bilir.
Tibb Mərkəzində təşkil olunan növbəti belə tədbir “Tibb işçisinin peşəkar davranış qaydaları” adlanılırdı. Direktor müavinin , İnsan resursları şöbəsinin müdirinin, qeydiyyatçılar və digər aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirak etdikləri təlimin əsas məqsədi, xüsusilə qeydiyyatçıların pasiyentlərlə ünsiyyət zamanı peşəkar və etik davranış qaydaları barədə biliklərinin artırılması idi.
İnzibati işlər üzrə direktor müavini Gəray Abbasov tədbiri açaraq mövzu ilə bağlı ilkin məlumatları diqqətə çatdırdı. Daha sonra Keyfiyyətə nəzarətin idarə edilməsi üzrə direktor müavini Alidə Hacıyeva təqdimat vasitəsilə tibb işçilərinin pasiyentlə düzgün qurulan ünsiyyəti, eləcə səmimi, nəzakətli olması , hər bir müraciətə diqqətlə yanaşma və peşəkar davranışın digər əsas prinsipləri barədə ətraflı məlumat verdi.
Həmçinin tədbir çərçivəsində iştirakçıların sualları cavablandırıldı, mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı.
Onu da deyib ki, mən Tibb Mərkəzində olanda qəbildən çıxan pasiyentlərin həkimlərə qarşı olan hörmətini görəndə Ulu öndərimizin bir vaxtlar dedikləri yadıma düşdü: “Özünü həkim sənətinə, adamların sağlamlığına həsr edənlər qiymətli insanlardır.”
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü