PDF Oxu

Siyasət

  • 1 188

“Hərbi zəfərin davamlı sülhə çevrilməsi regionun gələcəyi üçün mühümdür” - Nafiq Həmzəyev

image

“Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək zəfər qazandı. Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyev sülhün əldə olunması və regionda davamlı sabitliyin təmin edilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etdi”.Bu sözləri Milli Məclisin deputatı Nafiq Həmzəyev SİA-ya açıqlamasında deyib.O bildirib ki, ilkin mərhələdə Ermənistan tərəfindən sülh istiqamətində real addımların atılmaması 2023-cü il sentyabrın 19-20-də keçirilən hərbi əməliyyatlarla nəticələndi və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyi tam bərpa olundu.Deputat qeyd edib ki, bundan sonra Azərbaycan sülh gündəliyinə üstünlük verərək Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıb. Onun sözlərinə görə, Ermənistan üzərindən tranzit yüklərin daşınması, Azərbaycan məhsullarının Ermənistana göndərilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı addımlar da bu yanaşmanın göstəricilərindəndir.N.Həmzəyev vurğulayıb ki, hazırda Azərbaycan-Ermənistan münasibətlərində sülhə doğru müəyyən irəliləyiş müşahidə olunur. O, Vaşinqtonda əldə edilmiş razılaşmaları və sülh müqaviləsi üzrə aparılan prosesi regionda uzunmüddətli sülhün təmin edilməsi baxımından mühüm amil kimi qiymətləndirib.Deputatın sözlərinə görə, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi sülh prosesinin yekunlaşması üçün əsas məsələlərdən biridir.“Hərbi zəfərin davamlı sülhə çevrilməsi regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Sülhün dayanıqlı olması üçün tərəflərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi və qarşılıqlı etimadın formalaşdırılması vacibdir”, - deyə deputat əlavə edib.N.Həmzəyev həmçinin regionda kommunikasiyaların açılmasının iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradacağını bildirib. O qeyd edib ki, Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının reallaşdırılması Azərbaycanla yanaşı, region ölkələri üçün də yeni imkanlar yarada bilər.Deputat əlavə edib ki, bu marşrutların fəaliyyətə başlaması Çin ilə Avropa arasında alternativ nəqliyyat bağlantılarının inkişafına da töhfə verə bilər.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər