PDF Oxu

Siyasət

  • 1 319

“Vətən müharibəsində qələbənin arxasında Azərbaycanın güclü iqtisadi imkanları da dayanır” - Vahid Novruzov

image

“Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq müstəvidə qalib dövlət kimi tanınan ölkələrdən birinə çevrildi və ərazilərinin böyük hissəsini işğaldan azad etdi. Bu qələbədə Azərbaycan Ordusunun, hərbi qulluqçuların və Ali Baş Komandanın göstərdiyi iradə və şücaət mühüm rol oynadı”.Bu sözləri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov SİA-ya açıqlamasında deyib.O bildirib ki, hərbi uğurların arxasında ölkənin iqtisadi və maliyyə imkanlarının gücləndirilməsi də dayanırdı. Onun sözlərinə görə, güclü iqtisadiyyat və maliyyə resursları müasir ordunun formalaşdırılması və silahlarla təchiz edilməsində mühüm amillərdən biri olub.V.Novruzov qeyd edib ki, Azərbaycanın xarici yardımlardan asılı olmadan öz resursları hesabına müdafiə imkanlarını gücləndirməsi də xüsusi əhəmiyyət daşıyıb.Auditorlar Palatasının sədri vurğulayıb ki, həyata keçirilən iqtisadi və sosial siyasət ölkə daxilində vətəndaş həmrəyliyinin və dövlət ətrafında birliyin möhkəmlənməsinə də təsir göstərib: “Bu amillər müharibə dövründə cəmiyyətin səfərbərliyinə və ordunun mənəvi dayağının güclənməsinə şərait yaradıb”.O bildirib ki, Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlığın mühüm nümunələrindən biri Şuşanın azad edilməsi olub. Onun sözlərinə görə, mürəkkəb relyef və döyüş şəraitində həyata keçirilən Şuşa əməliyyatı Azərbaycan hərbçilərinin hazırlığını, döyüş əzmini və vətənpərvərliyini nümayiş etdirib.V.Novruzov qeyd edib ki, 44 günlük müharibə Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələ təşkil edib. Müharibədən sonra ölkənin beynəlxalq mövqeyində də dəyişikliklərin baş verdiyini deyən Palata sədri Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərində öz maraq və mövqelərini daha inamlı şəkildə ifadə etmək imkanlarının genişləndiyini bildirib.“Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir və Azərbaycanın iqtisadi, hərbi və diplomatik imkanlarının daha da gücləndirilməsi ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir”, - deyə V.Novruzov əlavə edib.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər