PDF Oxu

Siyasət

  • 9

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə beş milyon manat məbləğində vəsait ayrılıb. Bundan başqa Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əflatun Nemət oğlu Nemətzadəyə "Əməkdar İncəsənət Xadimi" fəxri adının verilməsi barədə, Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında, Xəzər Zafir oğlu İbrahimə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə. Həmçinin Daşqın Məzi oğlu Şikarovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə, Daşqın Məzi oğlu Şikarova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.

Digər xəbərlər