PDF Oxu

Siyasət

  • 943

Xalqın həyatına ziya bəxş edənlər... - ŞƏRH

image

Müəllim xalqın həyatına ziya- işıq, nur bəxş edən ən müqəddəs varlıqdır. Bu müqəddəs insanların bayramı olan “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” hər il ölkəmizdə böyük sevgi ilə qeyd olunur. Dağlar diyarı Lerikdə ənənəyə sadiq qalaraq burada fəaliyyət göstərən Hamarmeşə, Lüləkəran və Çayrud kəndlərinin tam orta ümumtəhsil məktəblərində müəllim və pedaqoji kollektivlərlə görüşlər təşkil olunub.
Görüşlər zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinin salamlarını müəllimlərə çatdıran ETİHİ Respublika Komitəsinin sektor müdiri Əli Rzayev çıxışlarında müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin hərtərəfli formalaşmasında və ölkənin gələcəyinin qurulmasında mühüm rol oynadığını deyib.
Eləcə tədbirlərdə iştirak edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva müəllim kollektivləri salamlayıb, onları peşə bayramı münasibətilə təbrik edib, həmkarlar ittifaqının təhsil işçilərinə göstərdiyi diqqət və qayğını, belə görüşlərin vaxtaşırı təşkilini yüksək qiymətləndirərək ETİHİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Keçirilən görüşlərdə müəllimlərə hədiyyələr təqdim edilib, təşəkkürnamələrə layiq görülüblər.
Bəli, müəllimlik ən şərəfli peşədir. Onların əməlləri, düzgün nəsihətləri, qəlbinin odunu və gözünün nurunu verib öyrətdikləri ömürlük hafizələrdə yaşayır, yaxşı güzəran naminə bizimlə qalır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər