PDF Oxu

Siyasət

  • 763

Heydər Əliyev Fondunun işığında müasir uşaqlıq - FOTOLAR

image

Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəhər 4 saylı körpələr evi-uşaq bağçasında keçirilən “Heydər Əliyev Fondunun işığında müasir uşaqlıq” adlı tədbirdə əvvəlcə bağça uşaqlarının əl işlərindən ibarət rəngarəng sərgiyə baxış olub.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Ardınca məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti və yaradılan müasir şəraiti əks etdirən video-çarx nümayış olunub.
Tədbirin açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun Baş məsləhətçisi Nuranə Muradova deyib:- Dövlətimizin ali məqsədlərindən biri uşaqların sağlam, savadlı, vətənpərvər və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsindən ibarətdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətindən, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil və məktəbəqədər tərbiyə sahəsinə göstərdiyi müstəsna diqqətdən söhbət açan N. Muradova xüsusi olaraq onu da bildirib ki, 1980-ci ildə inşa edilən və uzun illər əsaslı təmir olunmayan Masallı şəhər 4 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü əsasında tam yenidən qurularaq 2023-cü ildə balacaların istifadəsinə verilib. Hazırda burada 7 qrup üzrə 130 uşaq təlim-tərbiyə alır və 13-ü pedaqoji, 17-si texniki işçi olmaqla 30 nəfərlik heyət onların qayğısına qalır.
Balacaların təqdimatında "Qaşı, gözü qara qız" rəqsi ilə davam edən tədbirdə Masallı Rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Hörmət Balakişiyev, şəhid Araz Seyfullayevin anası Günay Seyfullayeva çıxışlarında məktəbəqədər təhsilin gənc nəslin formalaşmasındakı rolundan, uşaqlara göstərilən dövlət qayğısından və şəhid ailələrinə olan ehtiramdan söhbət açdılar.
“ Müasir və hər bir incəliyi düşünülmüş təhsil ocağında çalışmaq olduqca qürur vericidir. Çoxdandır burada çalışıram. Mənə görə çəkdiyim zəhmətin ən ali mükafatı Vətən uğrunda canından keçmiş igid şəhidimiz Niyaməddin Sultanovun tərbiyəçisi olmağımdır. Bu gün də bağça şəhidlərimizin əmanətlərinə qucaq açır. Şəhid Sahil Babayevin bacısı Lamiyyə Məmmədzadə burada bizimlə çiyin-çiyinə çalışır, şəhid Araz Seyfullayevin adını daşıyan balaca qardaşı, eləcə də müharibə iştirakçılarının və qazilərin övladları məhz bizim bağçada tərbiyə alırlar.” Bu fikirləri isə bağçanın tərbiyəçisi Sevda İbrahimova dilə gətirib. O, həm də yaradılan bu işıqlı mühitə və diqqətə görə dövlət rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində uşaqların söylədiyi “Heydər babanı salamlayırıq” şeri böyük hərarətlə qarşılanıb, elə balaca fidanların həvəslə ifa etdiyi “Heydər babanın nəvələriyik” mahnısı ilə yekunlaşıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər