Oktyabrın 6-da Xaçmaz Rayon Tarix-diyarşünaslıq muzeyinin akt zalında Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatınıntəşkilatçılığı ilə Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədricənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərləbağlı müşavirə keçirilib.SİA xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə muzeyinvestibülündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə güldəstələri qoyublar. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin vəAzərbaycanın ərazi bütövlüyü uğrunda canlarınıfəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəliksükutla yad edilib.Müşavirəni giriş sözü ilə açan YAP Xaçmazrayon təşkilatının sədri Emil Tağıyev Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etmiş qalib dövlətolduğunu vurğulayıb. O, 2020-ci ildə əldəolunan Zəfərin milli qürurun və dövlət-xalqbirliyinin təntənəsi olduğunu bildirib.Emil Tağıyev YAP-ın VIII QurultayındaPrezident İlham Əliyevin tarixi Zəfər vəsuverenliyin bərpası ilə bağlı fikirlərini diqqətəçatdırıb. Bildirilib ki, Prezidentin qurultaydakıçıxışı Azərbaycanın keçdiyi tarixi yol, əldəolunan Zəfərlər və qarşıda duran stratejivəzifələrlə bağlı mühüm mesajları özündə əksetdirir. Azərbaycanın ərazi bütövlüyünün vəsuverenliyinin tam bərpa edildiyi yeni reallıqdakeçirilən VIII Qurultay ölkənin yeni inkişafmərhələsinə keçidinin siyasi ifadəsi kimixarakterizə olunub.Tədbirdə çıxış edən Azərbaycan AğsaqqallarŞurasının sədr müavini, Milli Məclisin deputatıAğalar Vəliyev ölkənin əldə etdiyi uğurlarıntəməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi kursunundayandığını qeyd edib. O bildirib ki, bu siyasixətt Azərbaycanın beynəlxalq mövqelərininmöhkəmlənməsinə, iqtisadi qüdrətininartmasına, ərazi bütövlüyü və suverenliyininbərpasına mühüm töhfə verib.Ağalar Vəliyev Azərbaycanın uğurlarınınəsasını güclü dövlətçilik, milli birlik və ardıcıldövlət siyasətinin təşkil etdiyini vurğulayıb. O, Xaçmazın böyük potensiala malik rayon olduğunu qeyd edərək qarşıdakı dövrdə yeni iqtisadi imkanların yaradılması, gənclərinfəallığının artırılması və sosial məsələlərədiqqətin gücləndirilməsinin vacibliyini diqqətəçatdırıb.Müşavirədə çıxış edən Qurultaynümayəndələri Yeganə Musayeva, Sevinc Sədullayeva, Yaşar Abbasov, Könül Əsgərovavə digər natiqlər Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində yalnız keçilən şanlı yolanəzər salınmadığını, eyni zamandaAzərbaycanın yeni reallıqlar dövründəqarşısında duran vəzifələrinmüəyyənləşdirildiyini bildiriblər.Müşavirə Yeni Azərbaycan PartiyasınınHimninin səsləndirilməsi ilə başa çatıb.