PDF Oxu

Siyasət

  • 14

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Əsgər" qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Təranə Oqtay qızı Məmmədovaya "Əməkdar jurnalist" fəxri adının verilməsi barədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini Şahin İsgəndər oğlu Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında, Polkovnik Ramiz Firudin oğlu Tahirova general-mayor hərbi rütbəsinin verilməsinə dair, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif etmək haqqında, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə polkovnik-leytenant İlqar Süleyman oğlu Novruzova "Əməkdar artist" fəxri adının verilməsi haqqında və Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə general-leytenant Bəylər Həsən oğlu Eyyubovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.

Digər xəbərlər