PDF Oxu

Siyasət

  • 647

“Bu Zəfərin arxasında qətiyyətli siyasi Liderlik və xalq-dövlət birliyi dayanır” – Bəhruz Quliyevdən Prezidentə MÜRACİƏT

image

“SƏS” qəzetinin Baş redaktoru Bəhruz Quliyev Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndəsi kimi Sizin çıxışınızı böyük diqqətlə dinlədim. Səsləndirdiyiniz fikirlər və qarşıya qoyduğunuz vəzifələr məndə dərin təəssürat yaratdı. Bu çıxışı yalnız partiyanın qarşıdakı fəaliyyətinə deyil, bütövlükdə Azərbaycan xalqının və dövlətimizin gələcək inkişafına dair mühüm siyasi istiqamətlərin müəyyənləşdirilməsi kimi qəbul edirəm.

Çıxışınızda ideoloji məsələyə xüsusi əhəmiyyət verməyiniz, xüsusilə də ideologiyanı milli təhlükəsizliyimizin mühüm komponentlərindən biri kimi təqdim etməyiniz mənim üçün ən mühüm mesajlardan biri oldu. Çünki milli ideya və Azərbaycançılıq düşüncəsi dövlətçiliyimizi möhkəmləndirən, xalqımızı birləşdirən əsas mənəvi dayaqlardandır.
Bu istiqamətin qarşıdakı dövr üçün mühüm vəzifə kimi müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır.

Mən bu prosesləri uzun illər yaxından izləmiş bir jurnalist kimi Sizin siyasi fəaliyyətinizin müxtəlif mərhələlərinin şahidi olmuşam. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Prezident Administrasiyasına akkreditə olunmuş jurnalist kimi mühüm siyasi prosesləri izləmiş, sonrakı illərdə isə Sizin siyasi fəaliyyətinizi və dövlətimizin qarşısında duran mürəkkəb vəzifələrin həlli istiqamətində həyata keçirdiyiniz siyasəti yaxından müşahidə etmişəm.

Müxtəlif seçki kampaniyalarında Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvü kimi Azərbaycanın ən ucqar rayon və kəndlərində olmuşam. Xalqın Sizə olan inamını və sevgisini bilavasitə görmüşəm. Bu baxımdan Azərbaycanın keçdiyi yolu və əldə etdiyi tarixi nəticələri şəxsən müşahidə etmiş bir insan kimi qiymətləndirirəm.

Dünyada müharibələrin, geosiyasi qarşıdurmaların və böhranların hökm sürdüyü mürəkkəb bir dövrdə Azərbaycanın müstəqil siyasi iradəsini qoruması, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi böyük tarixi hadisədir. Bu Zəfərin arxasında qətiyyətli siyasi Liderlik, güclü dövlətçilik iradəsi və xalq-dövlət birliyi dayanır.

Hörmətli Cənab Prezident!

Sizin milli maraqlarımızı hər zaman hər şeydən üstün tutan siyasətinizə, Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə, xalqımızı tarixi Zəfərə və tam suverenliyə aparan Liderliyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu təşəkkür mənim üçün yalnız VIII Qurultayın nümayəndəsi kimi deyil, Sizin siyasi fəaliyyətinizi uzun illər yaxından izləmiş bir jurnalist və Azərbaycan vətəndaşı kimi səmimi və şəxsi minnətdarlıqdır.”

Digər xəbərlər