Respublikamızda ən prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə TƏBİB tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının tibbi müayinələri aparılıb. Xəzər Tibb Mərkəzinin pediatr, kardioloq, endokrinoloq, nevroloq, ginekoloq və cərrah həkimlərindən ibarət tibb heyəti tərəfindən müxtəlif yaş qruplara daxil olan 14 uşağın sağlamlıq vəziyyəti qiymətləndirilib, müalicə-profilaktik tövsiyələr verilib. Uşaqlar, həmçinin EKQ, USM və laborator müayinələrə cəlb olunublar.
Söhbət əsasında Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev bildirib ki, müayinələr Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsində baş tutub. Tibbi müayinələr TƏBİB və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Müayinələrin yüksək səviyyədə təşkilində bizim mərkəzinin həkimləri də fəal olublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü