PDF Oxu

Siyasət

  • 1 107

Qarşıya qoyulan strateji hədəflər və yeni dövrün tələbləri - FOTO

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Lerik rayon təşkilatının Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə iştirak edən YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov və Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan qurultayda partiyanın sədri İlham Əliyevin söylədiyi nitqinin əsas məqamlarına toxunaraq, qarşıya qoyulan strateji hədəflər və yeni dövrün tələblərdən irəli gələn vəzifələr barədə ətraflı danışıblar.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası görkəmli dövlət rəhbəri, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasi kursa sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın davamlı inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və millətin milli maraqlarını qorunmasına öz töhfəsini verir. VIII Qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin daha da təkmilləşdirilməsi və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir.
Bu gün partiya üzvlərinin qarşısında dayanır mühüm vəzifələrdən söz açan natiqlər qeyd ediblər ki, hər bir partiya üzvü dövlət siyasətinin mahiyyətini dərindən mənimsəməli, cəmiyyətə düzgün çatdırmalı, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli, ictimai fəallığı ilə nümunə olmalıdır. İndi başa düşmək lazımdır ki, partiyanın gücü xalqın etimadından, sağlam ictimai münasibətlərdən və görülən işlərin real nəticələrindən qaynaqlanır.

Tədbirdə digər çıxışlar da olub. Prezident İlham Əliyev tərəfindən VIII Qurultayda irəli sürülən məsələlər, ölkəmizin inkişafı istiqamətləri, dövlət siyasətinin əsas prioritetləri, eləcə qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər