Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir.
Maştağa qəsəbəsi, “H.Heybətov küçəsi 46” (108 nömrəli tam orta ümumtəhsil məktəbi) ünvanı üzrə ərazi partiya təşkilatında keçirilən görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Prezident İlham Əliyevin VIII qurultayda səsləndirdiyi fikirlərin yeni siyasi mərhələdə qarşıda duran prioritetləri müəyyənləşdirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Qurultayda səslənən fikirlər və qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edənlər partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və dövlətin daha da inkişaf etməsinə xidmət edə biləcək ideyaların və təşəbbüslərin irəli sürülməsi və reallaşması üçün mühüm addımların atılması, işlərin görülməsinin vacibliyini qeyd ediblər. Həmçinin, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparıblar.