PDF Oxu

Siyasət

  • 642

YAP Sabirabad rayon təşkilatının qərargahında partiya könüllüləri və gənclərlə görüş keçirilib - FOTO

image

​Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının qərargahında partiya könüllüləri və gənclərlə Prezident cənab İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışı barədə görüş təşkil olunub.
​Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, partiyanın sədri, Prezident cənab İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqi hər bir partiya fəalı və xüsusilə gənclər üçün gələcək fəaliyyət proqramı, mühüm yol xəritəsidir. O qeyd edib ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər, ölkəmizin beynəlxalq nüfuzunun artması və azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri gənclərimizdə böyük qürur hissi yaradır. Rayon təşkilatının sədri vurğulayıb ki, partiya könüllüləri cənab Prezidentin qurultaydakı tövsiyələrini rəhbər tutaraq üzərilərinə düşən məsuliyyəti dərindən dərk etməli və dövlətimizin işıqlı gələcəyi naminə həyata keçirilən layihələrdə daha fəal iştirak etməlidirlər.
​Daha sonra çıxış edən partiya fəalları və gənclər Prezident cənab İlham Əliyevin YAP-ın VIII qurultayındakı proqram xarakterli çıxışının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Natiqlər dövlətimizin inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi və partiyanın layihələrində yaxından iştirak edəcəklərini, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və cənab Prezidentin siyasi kursuna hər zaman sadiq qalacaqlarını vurğulayıblar.
​Görüşün sonunda xatirə şəkli çəkdirilib

Digər xəbərlər