Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən “Təbriz küçəsi 51” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər, müəyyənləşdirdiyi prioritetlər və qarşıya qoyulan vəzifələrlə bağlı Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə silsilə görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, “Təbriz küçəsi 51” ünvanı üzrə ƏPT-nin sədri Nasim Abışov, rayon təşkilatının əməkdaşları və partiya üzvləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanı üzrə ƏPT sədri Nasim Abışov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi və partiyanın fəaliyyət istiqamətlərinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qurultayda səsləndirilən fikirlər Azərbaycanın qazandığı tarixi uğurların qorunması, yeni hədəflərin reallaşdırılması və partiya üzvlərinin qarşısında duran məsuliyyətin artırılması baxımından mühüm yol xəritəsidir.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında Azərbaycanın bugünkü inkişafının Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi müstəqilliyinin möhkəmlənməsi və müdafiə qüdrətinin artırılması Azərbaycan dövlətinin gücünü və potensialını nümayiş etdirir.
Elçin Quliyev diqqətə çatdırıb ki, əldə olunan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi də hər bir partiya üzvündən fəallıq, təşəbbüskarlıq və məsuliyyət tələb edir. Bu baxımdan, partiyanın yerli strukturlarının fəaliyyəti, əhali ilə əlaqələrin gücləndirilməsi və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Görüşdə həmçinin Azərbaycanın gələcək inkişaf perspektivləri, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət maraqlarının qorunması və partiya fəaliyyətində müasir kommunikasiya üsullarından istifadənin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.