Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət ölkəmizin inkişafına və beynəlxalq aləmdə daha sanballı nüfuz sahibi olmasına xidmət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın nüfuzu daha da artmaqdadır.Bunun əsas səbəbi ölkəmizin hərtərəfli inkişafı, güclü olması və xarici siyasətin düzgün müəyyənləşməsidirilməsidir.Azərbaycan müstəqil xarici siyasət yürütməklə dünyanın bütün ölkələri ilə əlaqələr qurur.İndi dünyada gedən qlobal məsələlərin həllində güclü dövlət amili vacib şərtdir.Azərbaycan həm də tolerant ölkə kimi dünya dövlətlərinə bir nümunədir.Ölkədə yaşayan çoxsaylı millətlərin dinc yaşamasına,onların dinlərinin,dillərinin, mədəniyyətinin qorunub saxlanmasına çox böyük dövlət dəstəyi mövcuddur və bütün bunlar ölkə Konistituyasının qanunları ilə tənzimlənir.Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı hansı qitədə yerləşməsindən asılı olmayaraq artmaqda davam edir.Dövlət başçısının son illər müxtəlif beynəlxalq
tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirələrinin (AQEM) Zirvə Toplantısının iclaslarında, “Avropa siyasi birliyi” Zirvə Toplantılarında iştirakı Azərbaycanın artan nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir.Oktyabrın 8-də Prezident İlham Əliyevin Türkmənistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı, ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.Xatırladaq ki,keçən ilin noyabrında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi təklifi irəli sürülmüş və yekdilliklə dəstəklənmişdir.
Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirdi ki,Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında göstərilən qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib.Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi qardaş Türkmənistanla xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığının təzahürüdür. ölkəmizin başçısı çıxış edərək bildirdi ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoq mövcuddur,siyasi əlaqələr yüksək səviyyədədir,iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir.Region dövlətləri ilə ticari əlaqələrin 50 faizdən çox artığını nəzərə çatdıran ölkəmizin başçısı qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməyi,həm də birlikdə investisiya qoymağı, istehsal etməyi və xarici bazarlara çıxmağı töhfə etdi.
Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil,amma tarixi və mədəni əlaqələrlə, ərazi bütövlüyünü bərpa etdikdən sonra isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.Zəngəzur dəhlizinin açılması Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə yaxınlaşdıracaq, Şərqdən Qərbə uzanan vahid marşrut xətti formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə danşınmasına böyük töhfə verəcək.
Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Türkdilli dövlətlərin inşa etdirdikləri layihələr qarşılıqlı dostluq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.Ölkə başçısının dediyi kimi əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə bitməməli, ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatı olmalıdır.
Əminliklə demək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək yeni tərəfdaşlıq perspektivləri və imkanları yaranacaqdır.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin region dövlətlərinin başçıları ilə çox isti görüşü oldu.
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi