PDF Oxu

Siyasət

  • 681

YAP Xaçmaz rayon təşkilatının qərargahında gənclərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının qərargahında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələr çərçivəsində növbəti görüş gənclərlə keçirilib.

Tədbirin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev bildirib ki, Qurultaydan sonra keçirilən silsilə müşavirələrin məqsədi Partiya Sədrinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqində irəli gələn mühüm hədəfləri və tapşırıqları geniş şəkildə müzakirə etməkdir. Sədr xüsusi olaraq vurğulayıb ki, dövlətimizin başçısının hər zaman partiya üzvlərinə, xüsusilə də gənclərə böyük etimadı və inamı var. O qeyd edib ki, bu gün müstəqil Azərbaycanın qüdrətlənməsində, əldə olunan tarixi Zəfərin qorunmasında və gələcək inkişaf strategiyasının həyata keçirilməsində gənclərimizin rolu əvəzsizdir. Müasir dövrdə qlobal və regional səviyyədə baş verən proseslər fonunda ideoloji təhlükəsizliyin qorunmasının hər bir azərbaycanlı gəncin əsas vəzifələrindən biri olduğunu bildirən sədr, gənclərin milli maraqlara sadiq, savadlı və vətənpərvər ruhda yetişməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlər Qurultay qərarlarının təbliğ olunması barədə fikirlərini bölüşüblər. YAP Xaçmaz rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Teymurşah İşıqov çıxışında müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunmasının, gənclərin yad təsirlərdən və zərərli informasiya hücumlarından qorunmasının vacibliyini qeyd edib. Xaçmaz rayon Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov ise rayonda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışaraq, qurultayda elan olunan hədəflərin gənclərin inkişafına yeni təkan verdiyini bildirib.

Görüş zamanı digər fəal gənclər də çıxış edərək ölkədə və bölgədə həyata keçirilən quruculuq işlərindən qürur duyduqlarını bildirib, Prezident İlham Əliyevin yürütdüyü siyasəti hər zaman dəstəklədiklərini vurğulayıblar. Müzakirələrdə həm ideoloji təhlükəsizlik məsələləri, həm də Partiya Sədrinin nitqindən irəli gələn digər strateji vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan bir neçə gəncə partiya vəsiqələri təqdim olunub.

Digər xəbərlər