PDF Oxu

Siyasət

  • 455

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiyanın VIII Qurultayının qərar və tapşırıqları müzakirə edilib

image

YAP Nərimanov rayon təşkilatının “H.Əliyev prospekti 58” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının əməkdaşı Sərtac Atlas VIII Qurultayın partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirdiyini, qəbul olunan qərarların gündəlik fəaliyyətdə əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini qeyd ediblər.
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Sərtac Atlas çıxışında partiya üzvlərinin cəmiyyətlə sıx əlaqələrinin gücləndirilməsinin, əhalini narahat edən məsələlərə həssas yanaşılmasının və dövlət siyasətinin mahiyyətinin düzgün izah edilməsinin əhəmiyyətini vurğulayıb. O, hər bir partiya üzvünün öz fəaliyyəti ilə ölkədə həyata keçirilən inkişaf strategiyasına töhfə verməli olduğunu bildirib.
“H.Əliyev prospekti 58” ünvanı üzrə ƏPT-nin sədri Arzu İsmayılova çıxışında partiya sıralarında həmrəyliyin qorunması, üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və rəqəmsal informasiya mühitində düzgün mövqe formalaşdırılması məsələlərinə diqqət çəkib.
Görüşün sonunda VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin yerli təşkilatlar səviyyəsində ardıcıl şəkildə həyata keçirilməsinin, partiya üzvlərinin təşəbbüskarlığının artırılmasının və dövlətçilik maraqlarının qorunmasında fəallığın vacibliyi qeyd olunub.

Digər xəbərlər