Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər bütün sahələrdə genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.