PDF Oxu

Siyasət

  • 15

Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm tərəfdaşdır

Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm tərəfdaşdır
Prezident İlham Əliyev fevralın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı Piter Semnebini fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi və ona gələcək işlərində uğurlar arzuladı. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər