Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Nəbi Muxtar oğlu Muxtarovun Füzuli rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında, Alı Nuşrəvan oğlu Alıyevin Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında bir sıra Fərman və Sərəncamlar imzalayıb.