ABŞ Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir
Prezident İlham Əliyev dünən ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirildi. Ceyms Staynberq ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ştatların dövlət katibinə çatdırmağı xahiş edib.