Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin milli bayramı münasibətilə Əmir Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərmişdir. Məktubda deyilir: "Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, xalqlarımızın iradəsini ifadə edən Azərbaycan-Küveyt münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına sülh və rifah diləyirəm".