PDF Oxu

Siyasət

  • 17

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Prezident eyni zamanada Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq rəssamı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadənin "Şərəf" ordeni ilə təltif edilməsi barədə də Sərəncam imzalayıb.

Digər xəbərlər