PDF Oxu

Siyasət

  • 17

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib
Prezident İlham Əliyev Bruney-Darüssalamın milli bayramı münasibətilə Sultan Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib. Məktubda deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Digər xəbərlər