Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında münasibətlərin inkişafı siyasi dialoqun genişləndirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi təmaslar iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə, ortaq maraq doğuran məsələlər üzrə fikir mübadiləsinin aparılmasına və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradır. Azərbaycan ilə Laos arasında Birgə Bəyanatın və digər ikitərəfli sənədlərin qəbul edilməsi dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə və əlaqələrin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir. Bu baxımdan, siyasi dialoqun davam etdirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi iki ölkə arasında əməkdaşlığın ardıcıl inkişafı üçün mühüm zəmin yaradır.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi