PDF Oxu

Siyasət

  • 622

YAP-ın VIII Qurultayı - Azərbaycanın gələcək inkişaf strategiyası - FOTO

YAP-ın VIII Qurultayı - Azərbaycanın gələcək inkişaf strategiyası - FOTO

19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Pirili kənd” və “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi diqqət çəkir. Qurultayda partiyanın qarşısında duran əsas vəzifələr, ölkənin gələcək inkişaf istiqamətləri, milli maraqların qorunması və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi kimi məsələlər ön plana çıxır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı ölkənin siyasi kursunun əsas istiqamətlərini və qarşıya qoyulan strateji hədəfləri əks etdirən mühüm nitq kimi səciyyələnir.

Daha sonra çıxış edən natiqlər – “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Elxan Həsənov, Kolxəlfəli kənd tam orta ümumtəhsil məktəbin müəllimi Vasif Kərimov və Pirili kənd tam orta ümumtəhsil məktəbin müəllimi Jalə Əmirova bildiriblər ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi, ölkənin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi kimi prioritetlər xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada baş verən geosiyasi dəyişikliklər, yeni çağırışlar və beynəlxalq münasibətlər sistemində müşahidə olunan proseslər ölkəmizdən çevik, düşünülmüş və milli maraqlara əsaslanan siyasət yürüdülməsini tələb edir. Bu baxımdan, qurultayda səsləndirilən fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Digər xəbərlər