PDF Oxu

Siyasət

  • 610

Dəyişməz siyasi xətt və yeni çağırışlar - FOTO

Dəyişməz siyasi xətt və yeni çağırışlar - FOTO

19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Düzqışlaq kənd”, “Qarahəsənli kənd” və “Xılxına kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Partiyanın fəaliyyətinin əsasını dövlətçilik prinsiplərinə sədaqət, milli maraqların müdafiəsi, siyasi sabitliyin qorunması və Azərbaycanın davamlı inkişafına töhfə vermək təşkil edir. VIII Qurultay da bu prinsiplərin yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Solmaz Nağıyeva, veteran partiyaçı Alı Mehdiyev, Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbin direktor əvəzi Xədicə Mustafayeva bildiriblər ki, Qurultayda diqqət yetirilən əsas istiqamətlərdən biri də ölkədə həyata keçirilən islahatların davamlılığı, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və gənc nəslin dövlətçilik ruhunda formalaşdırılmasıdır. Azərbaycanın gələcək uğurları cəmiyyətin birliyi, vətəndaş məsuliyyəti və ümummilli məqsədlər ətrafında həmrəyliyin qorunması ilə sıx bağlıdır. Bu mənada, siyasi təşkilatların üzərinə düşən vəzifələr yalnız mövcud nailiyyətlərin təbliği ilə məhdudlaşmır, eyni zamanda, yeni hədəflərin həyata keçirilməsinə fəal dəstəyi də əhatə edir.

Digər xəbərlər