19 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Qarasaqqal kənd”, “Atakişili kənd”, “Şıxımlı kənd 1” , “Bakı prospekti 6” ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti tədbirlər keçirilib.
Tədbirlərdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O bildirib ki, Qurultayda Prezident, YAP sədri cənab İlham Əliyevin çıxışı partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi diqqət çəkir. Partiyamızın əsas ideoloji bünövrəsi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik prinsipləri üzərində qurulduğunu vurğuladı. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün reallıqlarından irəli gələn mühüm vəzifələr müəyyənləşdirib.
Çıxış edənlər VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər. bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.