PDF Oxu

Siyasət

  • 507

YAP Nərimanov rayon təşkilatında VIII Qurultaydan irəli gələn yeni hədəflərin müzarikəsi ilə bağlı görüş keçirilib - FOTOLAR

YAP Nərimanov rayon təşkilatında VIII Qurultaydan irəli gələn yeni hədəflərin müzarikəsi ilə bağlı görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “C.Hacıbəyli küçəsi 224” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən prioritetlərə həsr olunmuş növbəti görüş keçirilib.

Görüş zamanı YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artırılması, sosial rifahın yüksəldilməsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Çıxışlarda partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, dövlət siyasətinin mahiyyətinin əhaliyə düzgün çatdırılması və milli həmrəyliyin gücləndirilməsi məsələləri ön plana çəkilib. Eyni zamanda, ideoloji təhlükəsizliyin qorunması və müasir informasiya mühitində maarifləndirmə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər