PDF Oxu

Siyasət

  • 611

Zəngilan – Qarabağın və Şərqi Zəngəzurun inkişaf salnaməsi - FOTO

Zəngilan – Qarabağın və Şərqi Zəngəzurun inkişaf salnaməsi - FOTO

19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər” Ərazi Partiya Təşkilatında 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Zəngilan Şəhəri Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar tarix məktəblərdə, təhsil müəssisələrində və müxtəlif təşkilatlarda keçirilən tədbirlər vasitəsilə qeyd olunur. Belə tədbirlər zamanı Zəngilanın tarixi, işğal dövründə yaşanan çətinliklər, şəhərin azad olunması uğrunda aparılan mübarizə və müasir bərpa prosesi haqqında məlumatlar verilir. Məqsəd gənclərə Vətən sevgisini aşılamaq, milli dəyərlərə hörmət hissini gücləndirmək və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Tədbirdə çıxış edən digər natiqlər – partiya fəalları Taleh İsmayılov, Gülzadə Məmmədova və “Ağstafa şəhər” Ərazi Partiya Təşkilatının sədri Vüsal Aslanov bildiriblər ki, bu gün Zəngilan şəhərində və rayonun digər ərazilərində həyata keçirilən bərpa işləri Böyük Qayıdış proqramının mühüm tərkib hissəsidir. Yaşayış evlərinin, sosial obyektlərin, yolların, elektrik və digər kommunal infrastrukturun qurulması ərazinin yenidən məskunlaşması üçün zəruri şərait yaradır. Məqsəd yalnız dağıdılmış tikililəri bərpa etmək deyil, həm də sakinlərin rahat, təhlükəsiz və müasir həyat sürə biləcəyi yaşayış mühiti formalaşdırmaqdır.

Digər xəbərlər