PDF Oxu

Siyasət

  • 17

Prezident başsağlığı məktubu göndərib

Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Xaapsalu şəhərindəki uşaq evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Estoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm."

Digər xəbərlər