PDF Oxu

Siyasət

  • 544

Uzaq-yaxın məmləkətlər: Azərbaycan–Laos münasibətlərində yeni mərhələ - ŞƏRH

Uzaq-yaxın məmləkətlər: Azərbaycan–Laos münasibətlərində yeni mərhələ - ŞƏRH

Dünyanın müxtəlif coğrafiyalarında yerləşən dövlətlər arasında münasibətlərin inkişafı qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların uzlaşdırılmasının vacib göstəricisidir. Bu baxımdan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin Laos Prezidenti ilə keçirdiyi görüşlər və səfər çərçivəsində imzalanmış Birgə Bəyanat Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafı üçün siyasi zəmin yaradır. İlk yüksək səviyyəli səfər kimi tarixə düşən bu görüş iki ölkənin yalnız mövcud əlaqələri qorumaq deyil, həm də yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək niyyətini nümayiş etdirir.
Danışıqlar zamanı ticarət və iqtisadiyyat, nəqliyyat-logistika, energetika, təhsil, humanitar əlaqələr, turizm, investisiyalar və minatəmizləmə sahələrində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Bu istiqamətlərin hər biri ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar açır. Xüsusilə iqtisadi əlaqələrin şaxələndirilməsi, iş adamları arasında təmasların artırılması və xalqlararası mübadilələrin genişləndirilməsi münasibətlərin praktik məzmununu zənginləşdirə bilər.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan ikitərəfli münasibətlərin inkişafına yalnız siyasi dialoq çərçivəsində yanaşmır. Parlamentlərarası əlaqələrlə yanaşı, iqtisadi, investisiya, turizm və insan resurslarının inkişafı kimi sahələrdə yeni imkanların araşdırılması qarşılıqlı əməkdaşlığın daha geniş müstəviyə çıxarılmasına xidmət edir.
Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşündə iştirakı isə səfərin regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini artırır. Bu, Azərbaycanın müxtəlif regionlarla dialoqu genişləndirmək, beynəlxalq platformalarda tərəfdaşlıq əlaqələrini gücləndirmək siyasətinin tərkib hissəsi kimi də diqqət çəkir.
Azərbaycan və Laos coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, müasir diplomatiyada məsafə əməkdaşlıq üçün həlledici amil deyil. Əsas məsələ qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsi, əldə olunmuş razılaşmaların konkret layihələrə çevrilməsi və münasibətlərin davamlı inkişafının təmin edilməsidir.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər