PDF Oxu

Siyasət

  • 596

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə - FOTO

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə - FOTO

20 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa GEM” və “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın qarşıdakı dövr üçün strateji hədəflərinin, dövlətçilik prinsiplərinin və inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Daha sonra çıxış edən natiqlər – “Ağstafa GEM” Ərazi Partiya Təşkilatının sədri Məhbubə Məmmədova, partiya fəalı Nurlanə Zeynalova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Qurultay Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərin baş verdiyi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni reallıqlar şəraitində keçirilmişdir. Bu amil tədbirin siyasi əhəmiyyətini daha da artırmış, qarşıda duran vəzifələrin yeni dövrün tələblərinə uyğun müəyyənləşdirilməsini zəruri etmişdir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan nailiyyətlər və gələcək inkişaf istiqamətləri geniş şəkildə diqqətə çatdırılmışdır.

Digər xəbərlər