Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Əliyev küçəsi 82” və “Təbriz küçəsi 102” ünvanı üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışında irəli sürülən əsas istiqamətlərə həsr olunmuş növbəti görüş keçirilib.
Görüşlər zamanı ölkəmizin dayanıqlı inkişafının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, gənclərin dövlətçilik ruhunda yetişdirilməsi və cəmiyyətdə vətənpərvərlik düşüncəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin müasir informasiya mühitində həqiqətlərin düzgün təqdim edilməsinin, əsassız məlumat və təxribatlara qarşı prinsipial mövqe nümayiş etdirilməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üzvlərin fəallığından, təşəbbüskarlığından və ölkənin inkişafına yönələn proseslərdə məsuliyyətli iştirakından birbaşa asılıdır.