Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “K.Kazımzadə 61” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti görüş keçirilib.
Görüşdə Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, əldə olunan uğurların davam etdirilməsi, ölkəmizin iqtisadi və siyasi potensialının daha da artırılması istiqamətində qarşıda duran məqsədlər müzakirə olunub. Bildirilib ki, bu hədəflərə nail olmaq üçün cəmiyyətin müxtəlif təbəqələri ilə davamlı əlaqələrin qurulması, ictimai fəallığın təşviqi və dövlət siyasətinin mahiyyətinin düzgün izah edilməsi mühüm rol oynayır. Görüşdə VIII Qurultayın müəyyən etdiyi istiqamətlər üzrə ardıcıl və məqsədyönlü fəaliyyətin vacibliyi vurğulanıb.