YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Şərab zavodu ASC ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq keçirilib.
Tədbir zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Şərab zavodu ASC nin İdarə Heyətinin sədri Elgün Qarayev ərazi partiya təşkilatının sədri Bəhruz İsgəndərov, partiya fəallarından Rasim Ömərov çıxış edib.
Çıxış və nitqlərdə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışılıb, ölkə Prezidentinin proqram xarakterli nitqinin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub.
Natiqlər YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini, mühüm siyasi əhəmiyyət daşıdığını və Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsinin, partiya üzvlərinə çatdırılmasınin və gündəlik iş prosesində rəhbər tutulmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd edilib ki, hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə layiqli töhfə verməlidir.