PDF Oxu

Siyasət

  • 566

Qaradağ rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR

Qaradağ rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR

Oktyabrın 21-də Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Xocahəsən yolu 7-ci kilometr (Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi) ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş növbəti tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayının nümayəndəsi İlqar İlyasov, Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi rəisinin müavini, VIII Qurultayın nümayəndəsi Turan Əliyev, Xocahəsən yolu 7-ci kilometr ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zaur Mehdiyev, partiya üzvləri və fəallar iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açan Xocahəsən yolu 7-ci kilometr ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zaur Mehdiyev YAP-ın cari il oktyabrın 2-də keçirilmiş VIII Qurultayı Prezident, YAP Sədri cənab İlham Əliyevin buradakı proqram xarakterli nitqi barədə ətraflı məlumat verib.
Bildirib ki, bugünkü görüşün məqsədi həmin nitqdən irəli gələn məsələlər barədə ətraflı fikir mübadiləsinin aparılması, bu nitqin ölkəmizin ictimai-siyasi həyatı və iqtisadi inkişafı ilə bağlı əhəmiyyətinin hər bir partiya üzvünə çatdırılmasıdır.
Tədbirdə digər çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi rəisinin müavini, VIII Qurultayın nümayəndəsi Turan Əliyev və ərazi partiya təşkilatı sədrinin müavini Lalə Cəfərova Prezident, YAP Sədri cənab İlham Əliyevin nitqini ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini əks etdirən yol xəritəsi kimi yüksək qiymətləndiriblər. Bildiriblər ki, artıq 33 il davam edən Azərbaycanın inkişaf xətti bu gün də Prezident, YAP Sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Çıxış edənlər qurultayın müəyyən etdiyi hədəflərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşərək, təşkilati və ideoloji işlərin daha fəal və müasir tələblərə uyğun qurulması barədə təkliflərini səsləndiriblər.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov bildirib ki, bu günkü toplantının məqsədi partiyanın VIII Qurultayının yekunlarını və Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə etməkdən ibarətdir. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay partiyamızın tarixində xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. YAP Sədrinin partiya fəalları qarşısında qoyduğu vəzifələri diqqətə çatdıran İlqar İlyasov həmin nitqdə vurğulandığı kimi ideoloji işin müasir formatda qurulmasının, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasının və ideoloji təxribatlara qarşı ayıq-sayıq olmağın vacibliyini qeyd edib.
Çıxışında partiyanın keçdiyi inkişaf yoluna, ölkənin ictimai-siyasi həyatında iştirakına və qarşıdakı dövr üçün müəyyənləşdirilən fəaliyyət istiqamətlərinə diqqət çəkən YAP Qaradağ rayon təşkilatının sədri VIII Qurultayın partiyanın gələcək fəaliyyətinin təşkili, mövcud imkanlardan daha səmərəli istifadə olunmasının və müasir çağırışlara uyğun layihələrin həyata keçirilməsi baxımından mühüm mərhələ olduğunu qeyd edib. İlqar İlyasov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan da bəhs edib. Qeyd edib ki, ölkənin davamlı tərəqqisi, milli maraqların qorunması və dövlətçilik ənənələrinin yaşadılması partiyanın fəaliyyətində əsas istiqamətlərdəndir. Ərazi partiya təşkilatlarının bu hədəflərin həyata keçirilməsində fəallıq göstərməsinin, cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsinin və üzvlərin təşəbbüskarlığının artırılmasının vacibliyini qeyd edən rayon təşkilatının sədri ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər