Bu gün Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Poladlı”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. Əvvəlcə xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Azərbayca Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədr müavini Elməddin Hüseynov məruzə ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı,Canlı Əfsanə Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrdən danışıb.
Həmçinin tədbirdə partiya fəallarından Vüqar Haxıyev,Vüsal İsmayılov,Azər İsmayılov, Şəhriyar Əliyev və Sail İsmayılov çıxış etmişlər.