Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə dair müşavirə keçirilib. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərin, ictimaiyyət nümayəndələrin, ağsaqqalların, ziyalıların və digər şəxslərin iştirak ediblər müşavirədə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov daha sonra bildirib ki, Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən prioritetlərin və qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi olduqca vacib məsələdir. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması, dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələrin icrası dövlət orqanlarının, müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin üzərinə mühüm məsuliyyət qoyur.
Müşavirədə Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov, Lerik Dövlət Rəsm Qalereyasının direktoru, şəhid atası Mükafat Yaqubov və I qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov çıxış edərək qurultayda səsləndirilən müddəaların əhəmiyyətindən danışıb, irəli sürülən vəzifələrin həyata keçirilməsində ictimai həmrəyliyin, vətəndaş məsuliyyətinin və birgə fəaliyyətin mühüm rolunu diqqətə çatdırıblar.
Zəfər Orucoğlu,
Azərbaycan jurnaistlər Birliyinin üzvü