PDF Oxu

Siyasət

  • 717

Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanasında müşavirə keçirilib - FOTOLAR

Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanasında müşavirə keçirilib - FOTOLAR

Oktyabrın 22-də Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının məsləhətçisi Vasif Nəbiyev, Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanasının direktoru Arzu Xudayarova və kitabxananın əməkdaşları iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanasının direktoru Arzu Xudayarova bildirib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkəmizin davamlı inkişafında mühüm rol oynayan siyasi qüvvədir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya xalqın birliyinin, siyasi sabitliyin və dövlətçilik ənənələrinin qorunmasının mühüm dayaqlarından birinə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi qüdrətinin güclənməsinə və milli maraqlarının ardıcıl şəkildə müdafiəsinə xidmət edir. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələrin dəqiqləşdirilməsi və cəmiyyət qarşısında məsuliyyətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı Azərbaycanın siyasi, sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin təhlili, ölkənin strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının nitqindən irəli gələn məsələlər hər bir partiya üzvünün üzərinə mühüm vəzifələr qoyur, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin maarifləndirilməsi istiqamətində səylərin artırılmasını zəruri edir. Direktor qeyd edib ki, kitabxanalar da bu prosesdə mühüm rol oynayır, çünki onlar milli yaddaşın qorunması, mütaliə mədəniyyətinin inkişafı, dövlətçilik ideyalarının və zəngin Azərbaycan tarixinin gənc nəslə çatdırılması üçün əhəmiyyətli mədəni-maarifləndirici mərkəzlərdir.

YAP Yasamal rayon təşkilatının məsləhətçisi Vasif Nəbiyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması və xalqımızın rifahının yüksəldilməsi naminə ardıcıl fəaliyyət göstərib. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və müəyyənləşdirdiyi inkişaf strategiyası müasir Azərbaycanın tərəqqisinin əsasını təşkil edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Vasif Nəbiyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın qarşıdakı dövr üçün fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi və yeni hədəflərin qarşıya qoyulması baxımından xüsusi əhəmiyyətə malikdir. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın müstəqil siyasətinin, milli maraqlara əsaslanan inkişaf modelinin və ölkəmizin gələcək strateji məqsədlərinin mahiyyətini əks etdirir. Qeyd olunub ki, dövlət başçısının nitqindən irəli gələn məsələlərin dərindən öyrənilməsi və onların həyata keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin təşkili partiyanın hər bir üzvünün əsas vəzifələrindəndir. Partiyanın ideoloji prinsiplərinin təbliği, gənclərin dövlətçilik ruhunda yetişdirilməsi, ictimai fəallığın artırılması və milli həmrəyliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Vasif Nəbiyev əminliyini ifadə edib ki, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə görülən işlərdə Yeni Azərbaycan Partiyasının üzvləri bundan sonra da fəal iştirak edəcək, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasına öz töhfələrini verəcəklər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Digər xəbərlər