PDF Oxu

Siyasət

  • 1 291

“Hamımızın bir ortaq Vətəni var: Azərbaycan” - Zahid Oruc

“Hamımızın bir ortaq Vətəni var: Azərbaycan” - Zahid Oruc

Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması, milli kimliyin möhkəmləndirilməsi və cəmiyyətdə birliyin saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, Azərbaycanın tarixi inkişafında əsas milli ideyalardan biri etnik kimliyin qorunması və müstəqil dövlət qurmaq iradəsi olub. Onun sözlərinə görə, Azərbaycan xalqını yalnız müxtəlif imperiyaların təsiri altında yaşamış toplum kimi təqdim etmək onun zəngin tarixi keçmişini nəzərə almamaq deməkdir.Zahid Oruc qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik modelinin formalaşdırılmasında mühüm rol oynayıb. O, Azərbaycanın nə başqa dövlətlərin dini idarəçilik modelini, nə də onların konstitusiya quruluşunu təkrarladığını, öz milli kimliyinə və dövlətçilik ənənələrinə əsaslanan yol seçdiyini vurğulayıb.Deputat Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini xatırladaraq bildirib ki, milli kimlik və azərbaycançılıq ideyası cəmiyyətin birliyinin əsaslarından biridir.O, Vətən müharibəsində müxtəlif etnik və dini mənşələrə malik insanların vahid bayraq altında birləşməsini Azərbaycanın milli həmrəyliyinin göstəricisi kimi qiymətləndirib. Zahid Orucun sözlərinə görə, Qarabağ Zəfəri ölkənin hərbi qüdrəti ilə yanaşı, milli dövlət quruluşunun gücünü də nümayiş etdirib.Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması hər hansı dinə və ya məzhəbə qarşı yönəlməyib. Onun fikrincə, fərqli dini inanclara və etnik mənsubiyyətlərə malik vətəndaşların ortaq Vətən ətrafında birləşməsi dövlətin əsas güc mənbələrindəndir.“Hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var: Azərbaycan”, – deyə Zahid Oruc bildirib.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər