PDF Oxu

Siyasət

  • 1 113

“Mobil nömrələrin yenidən satışında təhlükəsizlik standartları tətbiq olunmalıdır” - Razi Nurullayev

“Mobil nömrələrin yenidən satışında təhlükəsizlik standartları tətbiq olunmalıdır” - Razi Nurullayev

Mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra yenidən başqa abonentə verilməsi şəxsi məlumatların qorunması və rəqəmsal hesabların təhlükəsizliyi baxımından risklər yarada bilər.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, mobil nömrələr artıq yalnız zəng və SMS üçün deyil, həm də bank hesablarına, sosial şəbəkələrə, elektron poçta və müxtəlif elektron xidmətlərə giriş üçün istifadə olunur. Bir çox hallarda nömrə hesabların təsdiqi və bərpası üçün əsas vasitələrdən birinə çevrilib.Onun sözlərinə görə, vətəndaş istifadə etdiyi nömrəni aktiv saxlamadıqda və həmin nömrə müəyyən müddətdən sonra başqa abonentə verildikdə təhlükəsizlik problemləri yarana bilər. Əgər əvvəlki istifadəçi hesablarında əlaqə nömrəsini dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları ilə qarşılaşa bilər. Bu isə şəxsi məlumatların təhlükəsizliyi və mümkün dələduzluq halları ilə bağlı risklər yaradır.R.Nurullayev qeyd edib ki, mobil operatorların fəaliyyətini məhdudlaşdırmaq deyil, mövcud qaydaları rəqəmsal həyatın tələblərinə uyğunlaşdırmaq lazımdır. O, istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarının tətbiqini təklif edib.Deputatın fikrincə, nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq oluna, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər. Eyni zamanda, mobil operatorlar, banklar, elektron xidmətlər və sosial platformalar arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.O, vətəndaşların da bu barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb. Deputat bildirib ki, insanlar istifadə etdikləri nömrənin gələcəkdə başqa şəxsə verilə biləcəyini nəzərə almalı, nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər elektron hesablarında əlaqə vasitələrini yeniləməlidirlər.R.Nurullayev vurğulayıb ki, telefon nömrəsi artıq bir çox hallarda insanın rəqəmsal kimliyinə giriş vasitəsidir və onun yenidən dövriyyəyə buraxılması yalnız kommersiya və texniki məsələ deyil, həm də informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər