Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının “Qızılağac kənd” Ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilir.
Tədbiri açıq elan edən ərazi partiya təşkilatının sədri Orxan Həşimov çıxşında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrdən bəhs edib. O, dövlət başçısının müəyyən etdiyi prioritetlərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılmasının, ideoloji işin gücləndirilməsinin və əhali ilə sıx əlaqələrin qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin icrasında hər bir partiya üzvünün məsuliyyətli olmasının əhəmiyyətini qeyd edib.
Partiya veteranı Rövşən Mikayılov çıxış edərək YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan və partiyanın qarşısında duran əsas vəzifələrdən danışıb. O, Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlərin fəaliyyət üçün mühüm istiqamət olduğunu vurğulayaraq, partiya üzvlərinin dövlətçilik ənənələrinin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirakının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən partiya fəalları Səhliyar Həmidov, Şəfa Hüseynova və başqaları YAP-ın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən prioritet istiqamətlərdən bəhs ediblər. Onlar qurultayda qəbul edilən qərarların partiyanın gələcək fəaliyyətində mühüm rol oynadığını qeyd ediblər.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.