PDF Oxu

Siyasət

  • 1 334

“Qubadlının azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı” - Ceyhun Məmmədov

“Qubadlının azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı” - Ceyhun Məmmədov

Bu gün Azərbaycan xalqı işğaldan azad edilmiş ərazilərində əldə olunan tarixi qələbələri qürur hissi ilə qeyd edir. Qubadlı şəhərinin azad edilməsindən altı il ötür.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gün kimi Azərbaycanın tarixinə yazılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd olunur.C.Məmmədov xatırladıb ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində işğal edilib. Həmin dövrdə Qubadlı şəhəri və rayonun 93 kəndi işğal altına düşüb, 31 mindən çox rayon sakini doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa başlayıb.Deputat vurğulayıb ki, Azərbaycan Ordusunun peşəkarlığı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəyə aparan yolda mühüm mərhələ olub.O qeyd edib ki, hazırda Qubadlı rayonunun bərpası və gələcək inkişafı istiqamətində genişmiqyaslı işlər görülür. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.C.Məmmədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirilməsi və əhalinin doğma yurdlarına qayıdışı Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə də töhfə verəcək.Deputat dünyada çoxsaylı münaqişə və müharibələrin davam etdiyini diqqətə çatdıraraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin tarixi əhəmiyyətini vurğulayıb.O, çıxışında müharibədən sonrakı dövrdə informasiya manipulyasiyalarına və cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdlərinə qarşı ayıq-sayıq olmağın vacibliyini də qeyd edib. C.Məmmədov bildirib ki, hərbi əməliyyatlar başa çatsa da, insanların düşüncələrinə təsir göstərmək cəhdləri davam edir və bu məsələdə cəmiyyətin hər bir üzvü məsuliyyətli davranmalıdır.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər